Bakı. Trend:
Hindistanın qərbində - Racastan ştatında yerləşən məktəbin dam örtüyünün çökməsi nəticəsində azı dörd azyaşlı həlak olub, 17 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə “Al-Jazeera” telekanalı yerli KİV-ə istinadən məlumat yayıb.
İnsident Barmer rayonunda yerləşən dövlət məktəbində səhər ibadətindən qısa müddət sonra baş verib.
Yerli rəsmilərin bildirdiyinə görə, binanın tavanı çökən zaman sinifdə 25-30-a yaxın şagird olub.