Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini kütləvi miqrasiyanı dayandırmağa çağırıb.
Trend-in məlumatına görə, Tramp bildirib ki, əks halda Avropa mövcudluğunu itirə bilər.
Tramp əlavə edib ki, ABŞ hakimiyyəti son bir ayda ölkəyə qeyri-qanuni yolla heç bir miqrantın daxil olmasına imkan verməyib: “Bundan əlavə, bir çox təhlükəli şəxsi ölkədən çıxarmışıq”.
O, Avropanı miqrasiya siyasətində zəiflikdə ittiham edərək bildirib: “Avropalılar faktiki olaraq bir işğala şərait yaradıblar”.