...

Tailandda hərbi vəziyyət tətbiq edilib

Dünya xəbərləri Materials 25 İyul 2025 19:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailand hakimiyyəti ölkənin bəzi bölgələrində rəsmi olaraq hərbi vəziyyət tətbiq edib.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, bu, Kamboca ilə münaqişənin kəskinləşməsi fonunda baş verib.

Hakimiyyət hərbi vəziyyət elan etmək qərarına gəlib. Qərar ölkənin təxminən beş regionunu əhatə edəcək. Üstəlik, hərbi vəziyyətin nə qədər davam edəcəyi göstərilmir.

Digər təfərrüatlar hələlik açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti