Bakı. Trend:
Məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı məqsədilə ötən ilin dekabr ayında istifadəyə verilən “Elektron Hərrac Portalı” vasitəsilə indiyədək 202 əmlakın hərrac vasitəsilə realizəsi (satışı və ya ipoteka saxlayana təklif edilməsi) həyata keçirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nəticədə məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı uğurlu nəticələr əldə olunub.
“Hazırda portalda elan mərhələsində 45, davam edən isə 32 hərrac var”, - deyə məlumatda qeyd edilib.