...

Rusiyada yaşayış binasında partlayış: ölənlərin sayı artıb (VİDEO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 25 İyul 2025 15:32 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Saratov şəhərində hündürmərtəbəli yaşayış binasında baş vermiş qaz partlayışı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə Rusiya FHN-nin mətbuat xidməti məlumat yayıb.

“Dağıntılar arasında axtarış apararkən xilasedicilər daha bir nəfərin meyitini tapıblar”, - məlumatda qeyd edilir.

Bundan başqa, bir nəfər dağıntılar altında yaralı vəziyyətdə tapılıb və onun çıxarılması istiqamətində işlər aparılır.

xxx

14:39

Rusiyanın Saratov şəhərində məişət qazının partlaması nəticəsində hündürmətəbəli yaşayış binasının bir hissəsi çöküb.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Partlayış dalğası nəticəsində Blinova küçəsində yerləşən binanın künc blokunun onuncu mərtəbədən yeddinci mərtəbəyə qədər olan hissəsi dağılıb. Rusiya FHN mətbuat xidməti bildirib ki, hadisə zamanı biri uşaq olmaqla, üç nəfər həlak olub.

Dağıntılar altında qalanların olduğu bildirilib.

İlkin versiyaya görə, hadisə qaz borusunun partlaması nəticəsində baş verib.

Məlumata görə, bir neçə nəfər mənzillərində köməksiz vəziyyətdə qalıb. Xilasedicilər onlara bayıra çıxmağa yardım edir və dağıntılar altında qala biləcək şəxsləri axtarırlar. "Mash"ın məlumatına görə, çökmüş binanın dağıntıları altından xilas edilən ilk şəxs beş yaşlı qız uşağı olub – onun üstünə beton plitə düşüb. Onun ardınca xilasedicilər daha 10 nəfəri xilas ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti