Bakı.Trend:
Beşinci “Yüksəliş” müsabiqəsi ən az qalibin qeydə alındığı müsabiqə olub. Ötən illərdən fərqli olaraq, bu il cəmi 20 nəfər qalib müəyyən edilib.
Trend xəbər verir ki, bunu bu gün gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev beşinci “Yüksəliş” müsabiqəsinin mükafatlandırma mərasimində deyib.
Onun sözlərinə görə, qaliblərdən 19 nəfəri kişi, 1 nəfəri isə qadındır:
“Müsabiqədə keçid balı 12-dir. İştirakçılar arasında 27 nəfər 11 bal toplayıb. Bu isə müsabiqənin yüksək rəqabət şəraitində keçdiyini göstərir”.