Bakı.Trend:
İndiyə qədər işğaldan azad olunmuş ərazilərdə yalnız Ağalı sakinlərinə torpaq icarəyə verilib.
Bu barədə Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev deyib.
Onun sözlərinə görə, Ağalı sakinləri torpaq icarəsi üçün müraciət ediblər:
“Ümumilikdə 3 kooperativə torpaqlar təhkim olunub. Bunlar “Bərəkətli Torpaq”, “Zəfər” və "Barış" kooperativləridir. Müvafiq olaraq “Bərəkətli Torpaq” kooperativinə 25, “Zəfər” kooperativinə təxminən 17 hektar, “Barış” kooperativinə isə 10 hektar torpaq sahəsi icarəyə verilib”.
“Beş hektar torpaq isə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna təhkim olunub. Onlar Ağalıda nümayiş əkinləri həyata keçirərək, kənd sakinlərini təlimatlandıra biləcəklər”, - F.Tağıyev qeyd edib.