...

Köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb (FOTO)

Cəmiyyət Materials 25 İyul 2025 13:44 (UTC +04:00)
Köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

İyulun 25-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.

Trend xəbər verir ki, bu mərhələdə köçürülən 232 nəfərdən ibarət 60 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Xəbər lenti

Xəbər lenti