...

Sahibkarlara verilən güzəştli kreditin məbləği məlum olub

İqtisadiyyat Materials 25 İyul 2025 17:01 (UTC +04:00)
Sahibkarlara verilən güzəştli kreditin məbləği məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 2371 layihəyə ümumilikdə 126,4 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Bu kreditlər hesabına 1800-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.

Bu barədə Trend Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir.

Məlumata götə, bu ilin ilk 6 ayında güzəştli kreditlərdən yararlanmış sahibkarlıq subyektlərinin 94,1%-i regionlarda fəaliyyət göstərir. Verilmiş ümumi güzəştli kredit məbləğinin 70%-i həmin sahibkarların payına düşüb.

Bildirilib ki, bu dövr ərzində Fondun güzəştli kredit mexanizmi iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarları əhatə edib: "Yanvar-iyun ayları ərzində verilmiş ümumi güzəştli kredit məbləğinin 48,1%-i sənaye (o cümlədən, kənd təsərrüfatı məhsullarının emalı), 44,3%-i kənd təsərrüfatı, 5,3%-i xidmət, 2,3%-i isə digər sahələrdə fəaliyyət göstərən sahibkarların layihələrinə yönləndirilib".

Qeyd edilib ki, fondun güzəştli kreditlərindən yararlanmış sahibkarların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləridir. Vurğulanıb ki, bu ilin birinci yarısında verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,8%-i, kredit məbləği üzrə isə 90,4%-i mikro, kiçik və orta sahibkarlara aiddir.

"Güzəştli kreditlərdən yararlanan sahibkarlıq subyektləri arasında qadın və gənc sahibkarlara məxsus layihələr xüsusi yer tutur. Həmin dövr ərzində qadın sahibkarların 226 layihəsi 8,4 milyon manat güzəştli kreditlə təmin edilib. Gənc sahibkarların 63 layihəsinə isə 3,7 milyon manat güzəştli kredit verilib", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti