...

İordaniya və BƏƏ Qəzzaya paraşutla humanitar yardım göndərəcək

Dünya xəbərləri Materials 25 İyul 2025 16:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail yaxın zamanda İordaniya və Birləşmiş Ərəb Əmirliklərinin Qəzzaya hava ilə humanitar yardımı bərpa etməsinə icazə verəcək.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İsrailin Ərazilərdə Hökumət Fəaliyyəti Əlaqələndiricisi (COGAT) məlumat yayıb.

Məlumata görə, humanitar “airdroplar”, yəni təyyarələrdən paraşutla atılacaq humanita yardım göndərişləri İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən əlaqələndiriləcək.

İordaniyanın artıq bu gündən etibarən hava ilə humanitar yardımları bərpa edəcəyi istisna edilmir.

Qeyd edək ki, ötən il ABŞ ordusu İordaniya, Misir və Fransa ilə əlaqələndirilmiş şəkildə Qəzzaya “airdrop” üsulu ilə on minlərlə ərzaq bağlaması göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti