...

Çində virus təşvişi artır: 4 mindən çox insan yoluxub

Dünya xəbərləri Materials 26 İyul 2025 10:12 (UTC +04:00)
Çində virus təşvişi artır: 4 mindən çox insan yoluxub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Foşan şəhərində əsas daşıyıcıları ağcaqanadlar olan çikunqunya virusuna yoluxma hallarının sayı son 2 həftədə 4014- ə çatıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir

Məlumata görə, Çikunqunya virusu hallarının Çinin cənub əyalətlərində artdığı müşahidə olunur.

Rəsmilər Foşan şəhərində yoluxma sayının son iki həftədə 4 min 14 nəfərə çatdığını bildiriblər. Onların sözlərinə görə, yoluxmaların 90 faizi şəhərin Şunde bölgəsində qeydə alınıb və xəstələr xəstəxanalarda müalicə olunurlar.

Ümumdünya Səhiyyə Təşkilatına görə, ağcaqanad sancması ilə ötürülən çikunqunya virusu qızdırma və oynaq ağrısına səbəb olur.

Nadir hallarda ölümə səbəb olan çikunqunya virusunun müalicəsi üçün təsdiqlənmiş 2 peyvənd mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti