Bakı. Trend:
Cari ilin iyun ayının sonuna Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,930 milyard manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi cari ilin may ayının sonu ilə müqayisədə 11,4 milyon manat və ya 0,6% artıb.
Belə ki, may ayının sonunda Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,919 milyard manat idi.
Qeyd edək ki, bu ilin iyun sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,144 milyard manat təşkil edib.
Xatırladaq ki, cari ilin 1 iyul tarixinə ölkədə fəaliyyət göstərən orta sahibkarlıq subyektlərinin sayı 4 min 259 ədəddir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 2,1 faizini orta sahibkarlıq subyektləri təşkil edib. Onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (35,5%), “Tikinti” (14,2%), “Emal sənayesi” (11,1%) və “Peşə, elmi və texniki fəaliyyət” (5,1%) sahələrində yaradılıb.