Bakı. Trend:
2025-ci ilin iyul ayının sonundan etibarən Avropa İttifaqının Şengen zonasının xarici sərhədlərində yeni sərhəd nəzarəti qaydaları qüvvəyə minəcək.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Aİ Şurasının qərarına uyğun olaraq, Avropa İttifaqının xarici sərhədini keçdiyi zaman Aİ-dən kənar ölkələrin bütün vətəndaşlarının məlumatlarının qeydiyyata alınması üçün “giriş-çıxış” (Entry/Exit System, EES) rəqəmsal sisteminin mərhələli şəkildə istifadəyə verilməsinə başlanılır.
Sistem avtomatik olaraq ad və soyad, barmaq izləri, üz fotosu (biometrik məlumatlar), giriş-çıxış tarixi və vaxtını, həmçinin sərhədin keçildiyi nöqtəni qeydiyyata alacaq.