Bakı. Trend:
Tayland və Kamboca arasında yaşanan eksalasiyalar fonunda ümumi itki sayı 15 nəfərə çatıb, hər iki ölkədən 120 mindən çox insan sərhədyanı əraziləri tərk etmək məcburiyyətində qalıb.
Trend bu barədə “Al-Jazeera” telekanalına istinadən xəbər verir.
Məlumata əsasən, artileriya və raket zərbələri ilə müşayiət olunan toqquşmalar bu gün də davam edib.
“Vəziyyət gərginləşib və yaranmış durum müharibəyə çevrilə bilər”, - deyə Taylandın baş naziri vəzifələrini icra edən Phumtham Veçayaçay jurnalistlərə bildirib.
xxx
09:23
Kamboca və Tayland arasında artilleriya qüvvələrinin tətbiqi ilə başlayan eskalasiya artıq ikinci gündür ki davam edir. Kamboca ordusunun Taylandda zərbələri nəticəsində 14 mülki şəxs və bir hərbçi həlak olub, 46 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə Taylandın Səhiyyə Nazirliyi məlumat yayıb.
Kambocanın Milli Müdafiə Nazirliyinin mətbuat katibi, general-leytenant Mali Soçxeat iki ölkənin qoşunlarının qarşılıqlı olaraq ağır artilleriya silahlarından istifadə etdiyini, Kamboca ordusunun bütün cəbhə xətti boyunca öz mövqelərinə nəzarət etdiyini bildirib.
Onun sözlərinə görə, iyulun 24-də taylandlı hərbçilər Kamboca ərazisində olan səkkiz obyektə ağır artilleriya silahlarından və F-16 qırıcılarından istifadə etməklə zərbələr endirib. İtkilər və dəymiş ziyan barədə məlumat verilmir.
Eskalasiya fonunda iki ölkənin sərhədyanı rayonlarının sakinləri kütləvi şəkildə yaşadıqları evləri tərk etmək məcburiyyətində qalıb. Təkcə Kambocanın Preaxvixear əyalətində 20 mindən çox sakin təhlükəsiz ərazilərə təxliyə olunub. Taylandda isə sərhədyanı ərazilərdən 100 mindən çox sakin qeyri-müəyyən müddətə məcburi köçkün düşüb.