...

ADY ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 32% daha çox sərnişin daşıyıb

Cəmiyyət Materials 25 İyul 2025 10:49 (UTC +04:00)
ADY ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 32% daha çox sərnişin daşıyıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

"Azərbaycan Dəmir Yolları" iyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə, ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 32% daha çox sərnişin daşıyıb.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Qeyd edilib ki, bu ilin altı aylıq göstəriciləri isə keçən ilin müvafiq dövrünün göstəricilərini 21% üstələyib.

Əlavə olunub ki, ötən ilin altı ayında 3 850 341 sərnişin daşınmışdısa, bu ilin eyni dövründə bu göstərici 4 648 444 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti