...

Tramp Kim Çen Innla danışıqlara hazırdır

Dünya xəbərləri Materials 26 İyul 2025 09:45 (UTC +04:00)
Tramp Kim Çen Innla danışıqlara hazırdır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp KXDR-in nüvəsizləşdirilməsinə nail olmaq üçün əvvəlki kimi Şimali Koreya lideri Kim Çen Innla qarşılıqlı fəaliyyətə hazırdır.

Trend xəbər verir ki, bunu Ağ Ev rəsmisi “Renhap” agentliyinin jurnalistlinə bildirib.

“Prezidentin bu hədəfləri əvvəlki kimi qüvvədədir və o Şimali Koreyanın tam nüvəsizləşdirilməsinə nail olmaq üçün lider Kimlər qarşılıqlı fəaliyyətə açıq qalmaqdadır”, - deyə adı açıqlanmayan Ağ Ev rəsmisi bildirib.

O, Trampın hakimiyyəti dövründə Ağ Ev rəhbərinin Şimali Koreya lideri ilə 3 dəfə görüşdüyünü və həmin görüşlərin Koreya yarımdasında vəziyyətin sabitləşməsinə töhfə verdiyini və iki ölkənin liderləri səviyyəsində nüvəsizləşdirmə haqda razılaşmanın əldə olunmasını xatırladıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti