...

Rusiyada qəzaya uğramış An-24 təyyarəsinin "qara qutuları" tapılıb

Dünya xəbərləri Materials 25 İyul 2025 12:42 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Amur vilayətində qəzaya uğramış An-24 təyyarəsinin qəza yerindən təyyarənin “qara qutuları” aşkarlanıb.

Trend xəbər verir ki, bu haqda Rusiyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Göyərtə qeydiyyatçılarının içindəki vacib məlumatların deşifrə olunması üçün Moskvaya göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, iyulun 24-də An-24 təyyarəsi Tında şəhərindən 15 kilometr aralıda qəzaya uğramışdı. Qəzaya səbəb kimi ilkin olaraq pilot səhvi versiyası əsas götürülür. Faktla bağlı cinayət işi açılıb. Qəza zamanı təyyarənin göyərtəsində olan bütün sərnişinlər (40) və ekipaj üzvləri (6) həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti