...

SABAH qruplarında ixtisasların sayı artırılacaq

Cəmiyyət Materials 25 İyul 2025 11:05 (UTC +04:00)
SABAH qruplarında ixtisasların sayı artırılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

SABAH və yeni məzmunlu təhsil qruplarında ixtisasların istiqamətləri də genişləndiriləcək.

Trend xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Prezident İlham Əliyevin tələbə təqaüdlərinin artırılması ilə bağlı sərəncamını şərh edərkən jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, əvvəllər daha çox texniki, texnoloji ixtisaslara üstünlük verilirdi.

“Artıq digər ixtisaslarda təhsil alan tələbələrin də SABAH qrupları kimi yeni məzmunlu təhsil qruplarında təhsil alması təmin ediləcək. Bu da təhsilimizin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində daha mühüm addım olacaq”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti