Bakı. Trend:
Gürcüstanda NATO-nun "Agile Spirit 2025" çoxmillətli təlimləri start götürüb.
Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, açılış mərasimi Krtsanisi hərbi bazasında keçirilib. Təlimlərin məqsədi iştirakçı ölkələrin silahlı qüvvələrinin hazırlıq səviyyəsini, əməliyyat uyğunluğunu və imkanlarını artırmaqdır.
Təlimlər üçün Gürcüstana ABŞ-nin döyüş maşınları və hərbi helikopterlərin yerləşdirildiyi bildirilir.
Manevrlərə Gürcüstanın Qərb Müdafiə Qüvvələrinin komandanı Koba Qriqoliya və ABŞ-nin Corciya ştatının Milli Qvardiyasının nümayəndəsi Uilyam Koks rəhbərlik edir.