Bakı. Trend:
Bu ilin iyulun 1-nə banklar tərəfindən 57,1 milyon manat ipoteka krediti verilib.
Trend-in Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 13,9 milyon manat və ya təqribən iki dəfəyə yaxın artıb artıb.
Bu dövr ərzində İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 67,8 milyon manat olub. Əvvəlki ilin göstəricilərinə nisbətən yenidən maliyyələşdirilən kreditlərin həcmi 7,5 milyon manat və ya 12,4% artıb.
Cari ilin iyulun 1-nə banklar tərəfindən verilən məbləğ 64 774 manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstəriciyə nisbətən 2 165 manat və ya 3,5% çoxdur. Eyni zamanda hesabat dövrünə kreditlər üzrə orta faiz dərəcəsi 6,36 faiz təşkil edib. Bu rəqəm ötən ilin müvafiq dövründə 6,34 faiz idi.
Kreditlər üzrə aylıq ödəniş məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksəlib. Əgər 2024-cü ilin iyulun 1-nə kreditlər üzrə aylıq ödəniş 444,2 manat idisə, cari ilin müvafiq dövründə həmin rəqəm 461 manat olub. Beləliklə, kreditlər üzrə aylıq ödəniş məbləği illik müqayisədə 16,8 manat və ya 3,8% artıb.