...

Tayland Kambocaya qarşı əməliyyatların miqyasını genişləndirib

Dünya xəbərləri Materials 26 İyul 2025 09:35 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tayland münaqişənin ilkin zonasından kənara çıxaraq Kambocanın bəzi bölgələrinə qarşı hücum əməliyyatlarını genişləndirib.

Trend xəbər verir ki, bu barədə Kamboca Milli Müdafiə Nazirliyinin sözçüsü, general-leytenant Mali Soçheat bəyan edib.

Onun sözlərinə görə, iyulun 24-dən etibarən Tayland ordusu təkcə Kamboca hərbi mövqelərinə deyil, həm də mülki obyektlərə, o cümlədən məktəblərə, yanacaqdoldurma məntəqələrinə və yaşayış məntəqələrinə zərbələr endirir. Bu hücumlarda ağır döyüş sursatlarından və hərbi texnikadan, o cümlədən F-16 qırıcılarından və kaset bombalarından istifadə olunub.

Bundan əlavə, Tayland Kambocanın Koxkonq və Pousat vilayətləri ilə həmsərhəd olan Trat və Çantxaburi əyalətlərinin bəzi bölgələrində hərbi vəziyyət elan edib və Bantey-Miençey vilayəti ilə sərhəd boyunca əlavə hərbi qüvvələr və silahlar yerləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti