...

Ağdərədə daha bir istiqamətdə yanğın çıxıb

Hadisə Materials 25 İyul 2025 22:43 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdərədə daha bir istiqamətdə yanğın çıxıb.

Ağdərə rayon Həsənriz kənd sakinlərinin Trend-in yerli müxbirinə verdiyi xəbərə görə, rayonun Umudlu kənd ərazisində yanğın müşahidə olunur. Alov ətraf yaşayış məntəqələrindən də aydın görünür.

Qeyd edək ki, Xocavənd rayon ərazisində yanğın hələ də davam edir. Alovun söndürülməsi üçün əraziyə 50 nəfər əlavə olaraq cəlb edilib.

Trend xəbər verir ki, hazırda bütün istiqamətlərdə yanğınların söndürülməsi üçün tədbirlər görülür.

Alovun hansı səbəbdən baş verdiyi araşdırılır.

Xəbər lenti

Xəbər lenti