...

Alimlər insanı asanlıqla arıqladan unikal həb yaradıb

Maraqlı Materials 25 İyul 2025 09:10 (UTC +04:00)
Alimlər insanı asanlıqla arıqladan unikal həb yaradıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Uruqvaylı alimlər iştahı azaltmadan və fiziki fəaliyyət olmadan arıqlamağa kömək edən unikal SANA həbinin klinik sınaqlarının birinci mərhələsinin başa çatdığını bildiriblər.

Trend xəbər verir ki, tədqiqatın nəticələri "Nature Metabolism" jurnalında dərc olunub.

SANA — yağ hüceyrələrini kalori yandırmağa yönəldən və bunu kreatin mübadiləsinin xüsusi yolunu aktivləşdirərək, həyata keçirən dünyada ilk həbdir. Ənənəvi arıqlama vasitələrindən fərqli olaraq, bu preparat iştahı azaltmır, əksinə, daxili istilik istehsalını (termogenezi) artırır — yağ hüceyrələri istirahət vəziyyətində belə daha çox enerji sərf etməyə başlayır.

Sınaqlarda 44 könüllü iştirak edib. İki həftə ərzində yüksək dozalarda qəbul edilən dərman bədən çəkisini orta hesabla 3 faiz azaldıb. Bu zaman əzələ toxuması zərər görməyib, qlükoza səviyyəsi və insulinə həssaslıq göstəriciləri isə yaxşılaşıb. Heç bir ciddi yan təsir və ya iştahda dəyişiklik müşahidə olunmayıb.

Növbəti mərhələdə preparat 2-ci tip diabet xəstələrinin iştirakı ilə genişmiqyaslı sınaqlardan keçiriləcək. Bu mərhələyə 2025-ci ilin sonunda start veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti