Bakı. Trend:
"Yuventus" klubu Portuqaliyanın "Portu" komandasının müdafiəçisi Joao Mario Netonun transferini rəsmən açıqlayıb.
Trend xəbər verir ki, tərəflər 2030-cu ilə qədər müddəti əhatə edən müqavilə imzalayıblar.
Transferin məbləği 11,4 milyon avro təşkil edir və bu məbləğ 4 il ərzində ödəniləcək. Bundan əlavə, Turin təmsilçisi 1,2 milyon avro dəyərində əlavə xərc də çəkib.
Qeyd edək ki, 24 yaşlı müdafiəçi ötən mövsüm Portuqaliya çempionatında 27 oyunda iştirak edib və 7 məhsuldar ötürmə ilə yadda qalıb.