...

ABŞ investisiyalar müqabilində tarifləri azaltmağa hazırdır - Tramp

Dünya xəbərləri Materials 25 İyul 2025 06:52 (UTC +04:00)
ABŞ investisiyalar müqabilində tarifləri azaltmağa hazırdır - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkəsinin xarici investisiyalar müqabilində digər ölkələr üçün gömrük tariflərini azaltmağa hazır olduğunu bildirib.

Trend xəbər verir ki, bunu Tramp jurnalistlərin belə sövdələşmələrin mümkünlüyü ilə bağlı sualı cavablandırankən deyib.

“Bəli, təbii ki, icazə verərdim ki, digər ölkələr daha aşağı tariflər üçün ödəniş etsinlər”, - deyə, Tramp bildirib.

Prezident nümunə olaraq ABŞ və Yaponiya arasında iyulun 22-də elan edilən razılaşmaları göstərib. Trampın sözlərinə görə, Yaponiya ABŞ-yə 550 milyard dollar sərmayə yatıracaq və bunun müqabilində ABŞ-ın Yaponiyadan idxal etdiyi məhsullara tariflər 28 faizdən 15 faizə endiriləcək.

“Yaponiya nə etdi? Onlar özlərinə tarif endirimi aldılar. Bizə 550 milyard dollar verdilər, bu da rüsumları bir qədər aşağı saldı. Bu, kredit və ya buna bənzər bir şey deyil. Mən bunu ticarət müqaviləsinin imzalanması mükafatı adlandırıram”, – Tramp bildirib.

Əgər bu sərmayələr olmasaydı, Trampın sözlərinə görə, Yaponiya mallarına tətbiq ediləcək idxal tarifləri 28 faiz olacaqdı.

Qeyd edək ki, 2024-cü ilin sonuna ABŞ və Yaponiya arasında ticarət dövriyyəsi 227,9 milyard dollar təşkil edib. Bunun 79,7 milyard dolları ABŞ-dan Yaponiyaya, 148,2 milyard dolları isə Yaponiyadan ABŞ-a ixracın payına düşüb.

Xəbər lenti

Xəbər lenti