Bakı. Trend:
“WhatsApp” messenceri istifadəçilərə xüsusi mesajlar üçün xatırlatmalar təyin etməyə imkan verəcək yeni funksiyanı sınaqdan keçirir.
Trend xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Yeni funksiya tez-tez mesaj oxuyan, cavab verməyi təxirə salan və ya vacib yazışmaları unudan istifadəçilər üçün nəzərdə tutulub.
Funksiya necə işləyəcək?
İstifadəçi xatırlatma təyin etmək istədiyi mesajın üzərinə bir
müddət basmalıdır.
Açılan menyuda “Mənə xatırlat” (Remind me) seçimi görünəcək.
Buradan 2, 8 və ya 24 saatlıq xatırlatma intervallarından biri seçilə bilər.
Funksiya aktiv olduqda, mesajın kənarında kiçik zəng işarəsi peyda olacaq.
Yeni imkanın Android və iOS üçün “WhatsApp” tətbiqinin beta versiyalarında sınaqdan keçirildiyi, yaxın aylarda isə stabil versiyaya əlavə olunacağı gözlənilir.