Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.
Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin iyunun 1-i ilə müqayisədə 0,01 bənd və ya 0,3% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,02 bənd və ya 0,6% azalıb.
Belə ki, bu ilin iyunun 1-nə manatın dövretmə sürəti 3,36 bənd, ötən ilin iyulun 1-nə isə 3,39 bənd təşkil etmişdi.
Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.