...

İşğal dövründə 52 faydalı qazıntı yatağı ekoloji normalardan kənar istismar olunub - Vüqar Kərimov

Cəmiyyət Materials 25 İyul 2025 12:33 (UTC +04:00)
İşğal dövründə 52 faydalı qazıntı yatağı ekoloji normalardan kənar istismar olunub - Vüqar Kərimov
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı.Trend:

İşğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-si heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruz qalıb.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.

O qeyd edib ki, həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində hazırda Azərbaycanda 1000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınıb:

"2020-ci ildə ölkəmiz müstəqillik tarixinin ən şanlı səhifələrindən birini yaşadı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi qətiyyəti, sarsılmaz iradəsi ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu.
İşğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-si heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruz qalıb. Tarixi torpaqlarımızın işğaldan azad olunması bu ərazilərdə bərpa prosesinin başlanmasına, ölkəmizdə dağ-mədən sənayesinin potensialının genişləndirilməsinə zəmin yaradıb".

V.Kərimov bildirib ki, bu gün Forumun məhz Naxçıvanda keçirilməsi təsadüfi deyil:

"Naxçıvan Muxtar Respublikası Azərbaycanın ən zəngin geoloji strukturuna malik bölgələrindən biridir. Burada yüzlərlə faydalı qazıntı yataqları – qızıl, gümüş, mis, duz, mərmər, gil, mineral sular, tikinti materialları və s. mövcuddur. Bölgənin geoloji araşdırma tarixi 20-ci əsrin əvvəllərinə qədər gedib çıxır.

Naxçıvan həm də öz iqtisadi müstəqilliyini qoruya bilmiş, ekoloji baxımdan dayanıqlı inkişaf modelini seçmiş və mədənçilik sahəsində ciddi təcrübə toplamış bir regiondur. Bu regionda dağ-mədən sektoruna sərmayə qoyuluşu həm yerli, həm də xarici investorlar üçün geniş imkanlar vəd edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti