Bakı.Trend:
Azərbaycandan Rusiya Federasiyasına qanunsuz keçməyə çalışan Yəmən vətəndaşının məhkəməsi yekunlaşıb.
Trend-in məlumatına görə, may ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Yəmən Respublikası vətəndaşı 1986-cı il təvəllüdlü Baidaha Moqbel Abdulrazzaqın işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Astara rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.