...

Muxtar respublikada son iki il ərzində 6 yeni yataq kəşf edilib - Fuad Nəcəfli

Cəmiyyət Materials 25 İyul 2025 11:29 (UTC +04:00)
Muxtar respublikada son iki il ərzində 6 yeni yataq kəşf edilib - Fuad Nəcəfli
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı.Trend:

Muxtar respublikada son iki il ərzində qeyri-filiz və inşaat materialları yataqlarına axtarış, təftiş və qiymətləndirməsi, yeraltı suların monitorinqi, qara, əlvan və nəcib metalların axtarışı, yenidən qiymətləndirilməsi üzrə çöl və kameral işlər görülüb, 55 yataqda təftiş və yenidən qiymətləndirmə işləri aparılıb, 6 yeni yataq kəşf edilib.

Trend xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.

Səlahiyyətli nümayəndə qeyd edib ki, çöl materialları əsasında 298 mineral su bulağının təftişi aparılıb, 14 mineral bulaq investisiya üçün təklif olunub. Bu istiqamətdə işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti