...

Əli Əsədov gürcüstanlı nazir ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Siyasət Materials 25 İyul 2025 17:31 (UTC +04:00)
Əli Əsədov gürcüstanlı nazir ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyi bildirilib.

G.Mikanadzenin səfəri çərçivəsində Bakıda keçiriləcək Azərbaycan–Gürcüstan Gənclər Forumunun əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında humanitar əlaqələrə toxunularaq, gənclər və təhsil sahələrində əməkdaşlığın nəticələrindən məmnunluq ifadə olunub, bu əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti