Bakı. Trend:
Papua-Yeni Qvineyanın şimal sahilləri yaxınlığında 5,7 bal gücündə zəlzələ olub.
Trend bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, zəlzələnin episentri 355 min nəfər əhalisi olan Ambon şəhərindən (İndoneziya) 522 km şimal-qərbdə qeydə alınıb, yeraltı ocağı isə 10 km dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.