...

Tramp yaxın günlərdə Aİ ilə ticarət müqaviləsi bağlayıb-bağlamayacağını elan edəcək

Dünya xəbərləri Materials 25 İyul 2025 10:13 (UTC +04:00)
Tramp yaxın günlərdə Aİ ilə ticarət müqaviləsi bağlayıb-bağlamayacağını elan edəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin prezidenti Donald Tramp yaxın günlərdə Avropa İttifaqı ilə yeni ticarət sazişi bağlayıb-bağlamayacağını elan edə bilər.

Trend xəbər verir ki, bu barədə “Politico” avropalı diplomatlara istinadən məlumat yayıb.

Diplomatların bildirdiyinə görə, eyni zamanda, yaxın bir neçə gün ərzində Trampın gələn həftədən etibarən tətbiq etməyi planlaşdırdığı 30 faizlik gömrük rüsumunun aqibətinə aydınlıq gələcək.

Xatırladaq ki, Tramp avqustun 1-dən etibarən Avropa İttifaqından idxal olunan bütün məhsullara 30 faizlik idxal rüsumunun tətbiq olunacağını elan edib. Hazırda ABŞ yalnız Avropa poladı, alüminiumu və avtomobillərinə 10 faizlik rüsum tətbiq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti