Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbayacanda kredit təşkilatlarının (bank və qeyri bank) müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 30,2 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 527,4 milyon manat təşkil edib.
Trend-in Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, cəmi kredit qoyuluşlarının 26 milyard manatını milli valyutada kreditlər təşkil edib.
Milli valyutadakı kreditlərin 437,1 milyon manatının ödəmə vaxtı keçib.
Cəmi kredit qoyuluşlarının 4,2 milyard manatı xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 90,3 milyon manatının ödəmə vaxtı keçib.
Ötən ilin eyni dövrü ilə müqayisədə, milli valyutada qoyulmuş kreditlər 3,6 milyard manat və ya 16,3% artıb, xarici valyutada qoyulmuş kreditlər isə 417,3 milyon manat və ya 9% azalıb.
Milli valyutadakı cəmi kreditlərin 4,2 milyard manatını qısamüddətli, 21,7 milyard manatını uzunmüddətli kreditlər, xarici valyutadakı kreditlərin isə 663,1 milyon manatını qısamüddətli, 3,6 milyard manatını isə uzunmüddətli kreditlər təşkil edib.