...

Qazaxıstanda yoxa çıxmış helikopterin təxmini qəza yeri müəyyənləşdirilib

Dünya xəbərləri Materials 26 İyul 2025 10:01 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

Qazaxıstanda axtarış-xilasetmə qrupu ötən gün yoxa çıxmış "Eurocopter EC-145" hərbi helikopterinin güman edilən dağıntılarını aşkarlayıb.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“FHN komanda mərkəzinin operativ qərargahında həyata keçirilmiş kosmik monitorinqin gedişində Almata vilayətinin Sorbulağ gölünün akvatoriyasında yağ mənşəli olduğu güman edilən ləkə qeydə alınıb. FHN xilasedicilərindən ibarəd qrup dərhal həmin yerə yollanıb”,- məlumatda qeyd olunur.

İtmiş helikopter və onun ekipaj üzvlərinin axtarışına FHX xilasediciləri, pilotsuz uçuş aparatları, exolotlar, sualtı dronlar cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti