...

Rusiyada satılan “Azerçay” məhsullarının üzərindəki yazıda heç bir dəyişiklik edilməyib - “Azersun Holding”

Gündəm Materials 25 İyul 2025 16:18 (UTC +04:00)
Rusiyada satılan “Azerçay” məhsullarının üzərindəki yazıda heç bir dəyişiklik edilməyib - “Azersun Holding”
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən “Azerçay” məhsullarının dizaynı və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azersun Holding”dən məlumat verilib.

Bildirilib ki, qablaşdırma üzərinə heç bir şüar əlavə edilməyib.

“Sosial media hesablarında yayılan video həqiqəti əks etdirmir”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Rusiya mağazalarında satılan Azərbaycanın "Azərçay" məhsulunun qablaşdırmalarında yeni sloqanların peyda olunmasına dair məlumat yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti