...

“Yüksəliş” müsabiqəsi insan kapitalına dəyərli investisiyadır - Fərəh Əliyeva

Cəmiyyət Materials 25 İyul 2025 16:56 (UTC +04:00)
“Yüksəliş” müsabiqəsi insan kapitalına dəyərli investisiyadır - Fərəh Əliyeva
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

“Yüksəliş” müsabiqəsi insan kapitalına yönəlmiş ən dəyərli investisiyalardan biridir. Zaman və şəraitdən asılı olmayaraq, insanın öz bilik və bacarıqlarına etdiyi sərmayə heç vaxt dəyərini itirmir və bu investisiyanı heç kim ondan ala bilməz.

Trend xəbər verir ki, bunu bu gün Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri və “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva beşinci “Yüksəliş” müsabiqəsinin mükafatlandırma mərasimində deyib.

O bildirib ki, müasir dövrdə bilik və təhsilə göstərilən diqqət dövlətin strateji yanaşmasının göstəricisidir:

“Azərbaycan ailələri övladlarının təhsilli və layiqli vətəndaş olmalarına böyük önəm verir. Valideynlər çox vaxt şəxsi maraqlarından keçərək övladlarının yaxşı təhsil alması üçün fədakarlıq göstərirlər.
Azərbaycan dövləti bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bu siyasət çərçivəsində ölkənin insan kapitalı formalaşır və həmin kapital ölkənin gələcək inkişafının əsasını təşkil edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti