...

Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib

İqtisadiyyat Materials 25 İyul 2025 17:35 (UTC +04:00)
Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Bu barədə Trend-ə bu Nazirlikdən məlumat verilib.

Qedy edilib ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 330 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankında 28 gün müddətinə, 7% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti