...

Çin super güclü lazer silahları üçün ən böyük BGSe kristalı yaradıb

Dünya xəbərləri Materials 25 İyul 2025 13:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin alimləri lazer istehsalı üçün istifadə edilən BGSe (barium selenoqalat) adlı dünyanın ən böyük kristalını yaradıblar.

Trend “South China Morning Post” nəşrinə istinadən xəbər verir ki, bu, Yer orbitində peykləri vura bilən super güclü lazer silahının yaradılmasına imkan verir.

Məlumata görə, istehsal texnologiyası Çin Elmlər Akademiyasının Hayfey Fizika Elmləri İnstitutunda hazırlanıb. Diametri 60 millimetr olan sintetik kristal qısa dalğalı infraqırmızı şüaları effektiv şəkildə orta və uzaq infraqırmızı şüalara çevirir.

Qəzet onun yaradıcıları qrupunun rəhbəri, professor Vu Haysindən sitat gətirir: “Bu kristal indiyədək dünyada qeydə alınan ən böyük nümunədir”.

Nəşr qeyd edir ki, kristalın hər kvadrat santimetrə 550 meqavata qədər lazer şüalanma gücünə tab gətirə bilməsi xüsusilə vacibdir ki, bu da mövcud hərbi dərəcəli kristalların zədələnmə həddindən yüksək miqyasdadır.

Çinli ekspertlər hesab edirlər ki, bu cür kristallardan tibbi diaqnostika avadanlığında, raketlərin izlənilməsində, habelə təyyarələrin identifikasiya edilməsində ultra həssas infraqırmızı sistemlər yaratmaq üçün də istifadə etmək olar.

Xəbər lenti

Xəbər lenti