...

Azərbaycan banklarının aktivləri bir ildə 6 milyard manatdan çox artıb

İqtisadiyyat Materials 25 İyul 2025 10:07 (UTC +04:00)
Azərbaycan banklarının aktivləri bir ildə 6 milyard manatdan çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin iyun ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 56,734 milyard manat olub.

Trend Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,406 milyard manat və ya 12,7% çoxdur.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 50,328 milyard manat idi.

Qeyd edək ki, bankların cəmi öhdəlikləri 49,788 milyard manat, balans kapitalı 6,946 milyard manat olub. İyun ayında aylıq müqayisədə bankların cəmi aktivləri 0,3%, cəmi öhdəlikləri 0,2%, balans kapitalı isə 1,3% artıb.
Hesabat ayında bankların kredit portfeli 0,3% və ya 85,6 milyon manat artaraq 28,472 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditləri 53,2% (15,144 milyard manat), istehlak kreditləri 31,3% (8,898 milyard manat) və ipoteka kreditləri 15,5% (4,430 milyard manat) yer tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti