...

Bankların xalis mənfəəti 6% azalıb

İqtisadiyyat Materials 25 İyul 2025 10:09 (UTC +04:00)
Bankların xalis mənfəəti 6% azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında banklar 576,6 milyon manat xalis mənfəət əldə edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 37,4 milyon manat və ya 6,1% azdır.

Bununla yanaşı, banklar 881milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər ki, bu da, illik müqayisədə 5,5 milyon manat və ya 0,6% çoxdur.

Hesabat dövründə banklar tərəfindən ümumilikdə 134.1 milyon manat (illik müqayisədə 10 milyon manat, yaxud da 8% çox) məbləğində mənfəət vergisi ödənilib.

Belə ki, ötən ilin birinci yarısında banklar tərəfindən 614 milyon manat xalis mənfəət, 875,5 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilib, ümumilikdə 124,1milyon. manat məbləğində mənfəət vergisi ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti