...

Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçimi mərhələsinə start verildi

Cəmiyyət Materials 26 İyul 2025 11:22 (UTC +04:00)
Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçimi mərhələsinə start verildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanıldı.

Bu barədə Trend-ə İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Vakansiya seçimi 27 iyul saat 11:00-dək davam edəcək.

Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti