...

Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik edib

Siyasət Materials 26 İyul 2025 11:01 (UTC +04:00)
Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Son dövrdə Azərbaycan ilə Maldiv arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. COP29-da iştirak etmək üçün keçən il Sizin Azərbaycana səfəriniz ikitərəfli əlaqələrimizin tarixində yeni səhifə açmışdır.

Əminəm ki, dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularmı çatdırır, dost Maldiv xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti