...

Azərbaycan ət idxalına çəkdiyi xərci 20%-ə yaxın azaldıb

İqtisadiyyat Materials 26 İyul 2025 11:39 (UTC +04:00)
Azərbaycan ət idxalına çəkdiyi xərci 20%-ə yaxın azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycana 22,4 min ton ət idxal edilib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda ətin idxalına 47,2 milyon ABŞ dolları vəsait xərclənib.

Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 4,1 min ton və ya 15,4%, dəyər ifadəsi ilə 11,4 milyon ABŞ dolları, yaxud da 19,5% azalıb.

Belə ki, 2024-cü ilin birinci yarısında Azərbycana 26,5 min ton miqdarında, 58,6 milyon ABŞ dolları dəyərində ət idaxl edilmişdi.

Ət idxalı cari ilin altı ayının idxalında 0,41% paya sahib olub.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda quş əti də daxil olmaqla, diri çəkidə 293,5 min ton ət istehsal edilib. Ət istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 ton və ya 1,1% artıb. Ötən ilin ilk yarısında ölkədə quş əti də daxil olmaqla, diri çəkidə 290,3 min ton ət istehsal edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti