Bakı. Trend%
Cari ilin yanvar-iyun aylarında Azərbaycana 72,2 milyon ABŞ dolları dəyərində mebel və onun hissələri gətirilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyon ABŞ dolları, yaxud da 7,6% çoxdur.
Belə ki, ötən ilin birinci yarısında Azərbaycana idxal olunmuş mebel və onun hissələrinə çəkilən xərcin həcmi 67,1 milyon ABŞ dolları olmuşdu.
Hesabat dövründə mebel və onun hissələrinin idxalının ümumi idxalda payı 0,63% təşkil edib.