...

Avstraliya və Britaniya 50 illik əməkdaşlıq sazişi bağlayıb

Dünya xəbərləri Materials 26 İyul 2025 12:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliya hökuməti Birləşmiş Krallıqla AUKUS nüvə sualtı qayıq tərəfdaşlığı çərçivəsində 50 il ərzində əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalayıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Avstraliya, Böyük Britaniya və ABŞ arasında 2021-ci ildə razılaşdırılmış AUKUS sazişi, gələcək onillikdə Avstraliyanın Çinin Hind-Sakit okean bölgəsindəki iddialarına qarşı nüvə gücü ilə işləyən zərbəçi sualtı qayıqlarla təmin olunmasını nəzərdə tutur.

Bu il ABŞ prezidenti Donald Trampın administrasiyası sazişin rəsmi şəkildə yenidən nəzərdən keçirilməsini elan edib.

Avstraliya müdafiə naziri Riçard Marles Viktoriya ştatının Cilonq şəhərində Böyük Britaniyanın müdafiə katibi Con Hili ilə keçirilən görüşdən sonra iki ölkə arasında ikitərəfli sazişin imzalandığını bəyan edib.

Qeyd edilir ki, AUKUS Avstraliyanın tarixində ən böyük müdafiə layihəsidir. Kanberra bu proqram çərçivəsində növbəti 30 il ərzində 368 milyard Avstraliya dolları xərcləməyi öhdəsinə götürüb. Layihəyə ABŞ-ın istehsal infrastrukturuna milyardlarla dollar sərmayə qoyuluşu da daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti