...

İranda məhkəmə binası qarşısında terror: ölən və yaralılar var (VİDEO)

Dünya xəbərləri Materials 26 İyul 2025 12:25 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranda naməlum şəxslər Pakistan sərhədinə yaxın ərazidə yerləşən Zəhidan şəhər məhkəmə binasına atəş açıblar.

Trend bu barədə “Təsnim” xəbər agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində beş nəfər həlak olub, 13 nəfər yaralanıb. Hücum edənlərdən üçü isə zərərsizləşdirilib. Hücumun məsuliyyətini "Ceyş əl-Ədl" ("Ədalət Ordusu") adlı qruplaşma öz üzərinə götürüb. Bu qruplaşma İranda terror təşkilatı kimi tanınır.

Sistan və Bəlucistan vilayətində baş verən hücumdan sonra hakimiyyət orqanları yerli əhalini hadisə yerindən uzaq durmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti