...

Viktor Qyökereş “Arsenal”a transfer olunub

İdman Materials 27 İyul 2025 04:22 (UTC +04:00)
Viktor Qyökereş “Arsenal”a transfer olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçli hücumçu Viktor Qyökereş İngiltərənin “Arsenal” klubuna transfer olunub.

Trend-in məlumatına görə, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Portuqaliyanın “Sportinq” klubundan transfer olunan Qyökereş üçün “Arsenal” 63,5 milyon avro ödəyib. Bundan əlavə, Lissabon təmsilçisi 10 milyon avro məbləğində bonus da əldə edəcək.

27 yaşlı hücumçu “Arsenal”da əfsanəvi futbolçu Tyerri Anrinin daşıdığı 14 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Qyökereş 2023-cü ildən “Sportinq”in heyətində çıxış edib. O, 2023/24 mövsümündə Portuqaliya çempionatında 33 oyuna 29 qol, əvvəlki mövsümdə isə 33 oyuna 39 qol vuraraq bombardir olub. İsveç milli komandasının heyətində isə 26 matçda 15 qolun müəllifidir.

Xəbər lenti

Xəbər lenti