Bakı. Trend:
İyulun 28-i Monteneqroda matəm günü elan edilib.
Trend xəbər verir ki, bu barədə ölkənin Baş naziri Miloyko Spayiç açıqlama verib.
Baş nazir bildirib ki, Monteneqro hökuməti matəm gününü son günlər ərzində ölkədə baş verən silsilə faciələr nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq elan edib.
“Həlak olanların ailələrinin və yaxınlarının kədərini bölüşürük və onların yanındayıq”, – deyə Spayiç vurğulayıb.