...

"Turan Tovuz" Filip Ozobiçlə müqavilə bağlayıb

İdman Materials 27 İyul 2025 00:12 (UTC +04:00)
"Turan Tovuz" Filip Ozobiçlə müqavilə bağlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Premyer Liqası təmsilçisi "Turan Tovuz" növbəti transferini rəsmiləşdirib.

Trend xəbər verir ki, klub xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə 1+1 illik müqavilə imzalayıb.

Filip Ozobiç əvvəlcə ölkəmizdə “Qəbələ” və “Qarabağ” komandalarında çıxış edib. O, həmçinin Rusiyanın “Spartak”, eləcə də Xorvatiyanın “Hayduk” və “Slaven” klublarında da forma geyinib.

Qeyd edək ki, 34 yaşlı futbolçu 2021-ci ildən Azərbaycan milli komandasında da çıxış edir. Ozobiç millimizin heyətində 15 oyuna çıxaraq 1 qol vurub.

Xəbər lenti

Xəbər lenti